Belçika millisinin hücumçusu Romelu Lukaku daha bir il İtaliyada qalmağa yaxındı. Matc.az xəbər verir ki, ulduz futbolçu bu dəfə A seriyasının başqa klubunun formasını geyinmək üzrədir.

Çünki geridə qalan mövsümü icarə əsasında “Roma”da keçirən 31 yaşlı forvard bu dəfə “Napoli”nin maraq dairəsinə düşüb. “Roma” müqavilə ilə “Çelsi”yə məxsus olan Lukakunun birdəfəlik transferində maraqlı deyil. “Zadəganlar” da forvardı qaytarmağı planlaşdırmır. Bu isə “Napoli”nin transferi reallaşdırmaq şansını artırır.

Qeyd edək ki, Romelu Lukaku daha əvvəl İtaliyada “İnter”in də formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest