“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovla yollar ayrılıb.

Matc.az xəbər verir ki, bu barədə Tovuz klubu məlumat yayıb.

“Göstərdiyi xidmətlərə görə Ayxan Abbasova təşəkkür edir, gələcək karyerasında və şəxsi həyatında uğurlar arzu edirik!”

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Abbasov "Turan Tovuz"da 2 il fəaliyyət göstərib. 2022/2023 mövsümündə komanda 39, 2023/2024 mövsümündə isə 46 xal toplayaraq, çempionatı 6-cı pillədə başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest