“Mövsümə çox yaxşı başlamışdım. Ancaq uzun müddət zədələr məndən əl çəkmədi. Heç vaxt bu qədər futboldan kənarda qalmamışdım. Zədədən əziyyət çəkdiyim dövr xarakter və səbrim üçün sınaq vaxtı idi".

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli şəxsi instaqram hesabında paylaşım edib. Matc.az xəbər verir ki, o, Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionu olduğu üçün sevindiyini bildirib.

Emreli paylaşımında qeyd edib: “Mövsümə çox yaxşı başlamışdım. Ancaq uzun müddət zədələr məndən əl çəkmədi. Heç vaxt bu qədər futboldan kənarda qalmamışdım. Zədədən əziyyət çəkdiyim dövr xarakter və səbrim üçün sınaq vaxtı idi. Karyeramın ən vacib anları idi. “Dinamo”da mükafatlar qazanmaqdan çox məmnunam”.

Qeyd edək ki, Mahir Emreli iyunun 7-də Albaniya, 11-də isə Qazaxıstana qarşı beynəlxalq yoldaşlıq görüşü keçirəcək Azərbaycan milli komandasına dəvət alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest