Azərbaycanda kubokunda yarımfinal mərhələsinin cavab görüşlərinin təqvimi müəyyənləşib. Cavab qarşılaşmaları mayın 1-də baş tutacaq. Həmin gün ilk olaraq "Qarabağ"la "Qəbələ", daha sonra isə "Zirə" ilə "Sumqayıt" üz-üzə gələcək.

Azərbaycanda kubokunda yarımfinal mərhələsinin cavab görüşlərinin təqvimi müəyyənləşib. Matc.az saytı xəbər verir ki, cavab qarşılaşmaları mayın 1-də baş tutacaq.

Həmin gün ilk olaraq "Qarabağ"la "Qəbələ", daha sonra isə "Zirə" ilə "Sumqayıt" üz-üzə gələcək.

Qeyd edək ki, ilk oyunlarda "Qəbələ" öz meydanında 1:0 hesablı qələbə qazanıb, "Zirə" isə Sumqayıtdan qolsuz bərabərliklə ayrılıb.

 

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunları

1 may (çərşənbə)

17:00. "Qarabağ" – "Qəbələ"

Tofiq Bəhramov adına Respublika Stadionu

20:00. "Zirə" – "Sumqayıt"

Zirə İdman Kompleksinin stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest