“Sumqayıt”da mövsümün əvəzolunmaz futbolçusu bəlli olub. Matc.az xəbər verir ki, bu, milli üzvü Murad Xaçayevdi.

“Kimyaçılar”ın 17 nömrəsi Premyer Liqanın başa çatan 2023-24 mövsümündə 36 görüşün hamısında meydanda olub. Xaçayev 2022-23 mövsümünün də son 11 qarşılaşmanı əvəzlənmədən keçirmişdi.

2018-ci ildən “Sumqayıt”ın şərəfini qoruyan Murad Xaçayev bütün turnirlərdə ümumilikdə 137 oyuna çıxıb, 6 qol vurub, 8 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest