"Barselona"nın vingeri Malkom İtaliyaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Milan" gənc futbolçunu heyətinə qatmaq niyyətindədi.

"Rossonyerlər" mövsümün sonunda onu icarəyə götürməyi və ya birdəfəlik transfer etməyi planlaşdırır. Klubun idman direktoru Leonardo və rəhbər şəxslərdən olan Paolo Maldini futbolçunun meneceri ilə görüşüb. Tərəflər Braziliya millisinin üzvünün mümkün keçidini müzakirə ediblər. "Milan" rəhbərliyi Malkomu 50 milyon avroya transfer edə biləcəyini düşünür.

Qeyd edək ki, Malkom özü daha bir il "Barselona"da qalmaq istəyində olsa da, gedişini istisna etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest