İlk iki oyunda məğlubiyyət yaşadıq. Ona görə də komandanın Avroliqadakı vəziyyəti yaxşı deyil. İndi isə bizi "Vorskla" ilə oyunlar gözləyir. Əlimizdən gələni edib qələbə qazanmaq istəyirik. Qrupda hansısa nəticə əldə etmək istəyiriksə, bu görüşlərdən maksimum nəticə ilə ayrılmalıyıq.

"Bu gün uzun fasilədən sonra komanda olaraq birgə idik. Bu da oyunumuza təsir edirdi". Matç.az saytı xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev deyib.

Təcrübəli müdafiəçi Topaz Premyer Liqasının VIII turunun "Səbail"lə oyunu (1:0) barədə fikirlərini jurnalistlərə müsahibəsində bildirib: "Oyunçular arasında müəyyən əlaqəsizlik var idi. Görüşü yaxşı keçirdik, qol epizodıarı yaratdıq. Düzdü, 1 qol vursaq da, kifayət qədər şansımız oldu. Rəqib də çox yaxşı müdafiə olunurdu. Amma "Qarabağ"ın təcrübəsi belə müdafiəni yarmağı bacardı".

- Bu gün oyun sizin üçün çətin alındı, yoxsa özünüzü "Vorskla" ilə matça görə çox yormadınız?

- Oyun doğrudan da çətin alındı. Rəqib çox yaxşı müdafiə olunurdu. Bizim üçün çətin keçdi.

- çox çətin qrafiklə oynayırsız, oyunun neçənci dəqiqəsində artıq yorulduğunuzu hiss etdiniz? 

- Sona 5 dəqiqə qalmış yorğunluq hiss edirik. Amma rəqib bizdən daha yorğun görünürdü. ümumi olaraq isə 70-ci dəqiqədən sonra yorğunluq başlayır. Amma biz müəyyən tempi tutmuşuq və buna uyğun da məşqlər keçiririk.

- Bu gün texniki məğlubiyyətlə nəticələnəcək oyun keçirdiniz, ötən gün isə qapıçınız Hannes Halldorssonun qəza törətdi. Son zamanlar belə xoşagəlməz hadisələrl baş verir. Bunlar oyununuza necə təsir edir?

- Bunlar bizə demək olar ki, təsir etmir. çalışırıq ki, belə şeylər oyunumuza təsir etməsin. Haldorsson da təcrübəlidir və vəziyyəti necə qiymətləndirməli olduğunu bilir.

- Avropa Liqasında xal qazana bilməmisiniz. Məqsədiniz nədir?

- İlk iki oyunda məğlubiyyət yaşadıq. Ona görə də komandanın Avroliqadakı vəziyyəti yaxşı deyil. İndi isə bizi "Vorskla" ilə oyunlar gözləyir. Əlimizdən gələni edib qələbə qazanmaq istəyirik. Qrupda hansısa nəticə əldə etmək istəyiriksə, bu görüşlərdən maksimum nəticə ilə ayrılmalıyıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest