Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan Azərbaycan təmsilçisi Zelim Kotsoyev mundialın finalına yüksəlib.

100 kq çəki dərəcəsində yarışan idmançı ilk görüşündə Cənubi Koreya təmsilçisi Yunq-Hun Vonqu, 1/8 finalda İsrail cüdoçusu Peter Palçiki, 1/4 finalda isə İspaniyanı təmsil edən Nikoloz Şerazadişvilini məğlubiyyətə uğradıb. Yarımfinalda Kotsoyevin rəqibi Jorje Fonseka olub. Portuqaliyalı rəqibi üzərində də qələbə qazanan Zelim finala vəsiqə əldə edib.

Cüdoçumuzun həlledici görüşdəki rəqibi kanadalı Şadi Elnahas olacaq.

Qeyd edək ki, mayın 24-də başa çatacaq mundialda Azərbaycan yığması bunadək 1 qızıl medal qazanıb. 73 kq çəkidə yarışan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest