"Arsenal" mövsümün sonunda heyətində dəyişikliklərə əl atacaq. "Topçular"dan ayrılacaq futbolçulardan biri də müdafiəçi Şkodran Mustafidi. Baş məşqçi Unay Emeri dünya çempionunu gələn mövsüm ixtiyarında görməkdə maraqlı deyil.

"Arsenal" mövsümün sonunda heyətində dəyişikliklərə əl atacaq. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, "topçular"dan ayrılacaq futbolçulardan biri də müdafiəçi Şkodran Mustafidi.

Baş məşqçi Unay Emeri dünya çempionunu gələn mövsüm ixtiyarında görməkdə maraqlı deyil. Komanda Avropa Liqasında finala vəsiqə qazansa, Almaniya millisinin üzvü mayın 29-da Bakıda sonuncu dəfə London klubunun formasını geyinə bilər. Həmin görüşdən sonra isə ingilislər onunla bağlı təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, 2016-cı ildə "Valensiya"dan 41 milyon avroya transfer edilən Şkodran Mustafinin "Arsenal"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest