"Bavariya"nın yarımmüdafiəçisi Aryen Robben karyerasını Yaponiyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hollandiyalı futbolçu "Tokio" klubundan təklif alıb.

Bundesliqa çempionu ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Robben yayda komandanı tərk edəcək. Avropa ilə yanaşı, ABŞ və ərəb ölkələrindən də təkliflər alan Robben uğrunda mübarizəyə son olaraq "Tokio" qoşulub.

Veteran oyunçu gələcəyi ilə bağlı qərar verməyə tələsmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest