"Təəssüflər olsun ki, haqqımda yayılan "son xəbərlər" hardasa doğrudu". Matc.az saytı xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu deyib.

Bu günlərdə Xətai rayonu N.Rəfiyev küçəsində 2 nəfər naməlum şəxs xuliqanlıq zəminində Yunisoğlunu döyüb.

34 yaşlı veteran müdafiəçi feysbuk səhifəsi vasitəsilə baş verənləri təsdiqləyib. O, paylaşdığı statusda hadisə barədə ətraflı məlumat yazıb: "Şənbə günü axşam saatlarında yaşadığım evin yaxınlığındakı mağazadan alış-veriş etmək üçün maşını saxladım, park etdikdən sonra maşından düşüb kurtkamı geyinmək istərkən iki nəfər mənim yanımdan keçirdi. Qaranlıq olduğundan sifətlərini görmədim. Biri mənə nəsə dedı və maşınımın yanına keçdi, o biri isə qarşımda dayandı. Bu vaxt boynumdan küt bir zərbə hiss etdim, səndələdim, geri dönmək istədikdə isə qarşımda dayanan mənə tərəf təpik atdı və əlimdəki pul kisəsini qapmağa çalışdı. Mən də müqavimət göstərməyə çalışdım, bu vaxt bizə tərəf gələn bir maşının işıqları üstümüzə düşüncə hərəsi bir tərəfə qaçıb uzaqlaşdı. Ciddi bir xəsarət almadım, heç yerə müraciət etmədim və heç kəsdən də şikayətçi olmadım. Nə etmək olar, bu, həyatdı. Arayıb maraqlandıqları üçün hər kəsə minnətdarlığımı bildirirəm. ümid edirəm ki, bir də belə şeylər başıma gəlməz. çünki cəmiyyətimizdə idmançılara qarşı qarşılıqlı hörmət var".

Qeyd edək ki, Saşa Yunisoğlu 2007-2011-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest