Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində aprelin 25-də və 26-da futbol üzrə kiber çempionat təşkil olunacaq. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, çempionata qeydiyyat aprelin 12-dən 22-dək olan müddəti əhatə edib.

Qeydiyyatdan öncə çempionatda yalnız 128 nəfərin iştirak hüququ qazanacağı bildirilmişdi. Müraciətlərin çoxluğunu nəzərə alan Təşkilat Komitəsi iştirakçıların sayını artırıb. İştirak üçün müraciət etmiş 750 nəfər arasında qeydiyyatdan keçmiş ilk 256 nəfər çempionatda öz bacarığını göstərmək şansı qazanıb. Qeyd edək ki, seçilmiş iştirakçılara e-poçt vasitəsilə təsdiq məktubu göndəriləcək.

Aprelin 24-də kiber çempionatın püşkatması keçiriləcək. Oyun FIFA 19 qaydaları əsasında təşkil olunacaq. çempionat Azərbaycan Kiber İdman Federasiyasının dəstəyi ilə keçirilir.

Yarışın qaydaları ilə https://finalbaku2019.az/az/cybercup səhifəsində qaydalar düyməsinə klikləməklə tanış ola bilərsiniz.

Kiber çempionatda birinci yeri tutan iştirakçıya 1000 AZN pul mükafatı təqdim olunacaq, eləcə də oyunun qalibi AFFA-nın kiber futbol üzrə yığmasında təmsil olunmaq şansı qazanacaq. İkinci yerin sahibinə 500 AZN pul mükafatı veriləcək. üçüncü yeri tutan iştirakçıya isə təşkilatçılar tərəfindən UEFA Avropa Liqası 2019-un rəsmi "Molten" topu, həmçinin imzalı forma hədiyyə ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest