Avropanın əksər ölkələrində mövsüm sona yaxınlaşdıqca, çempionlar da bir-bir bəlli olur. Matc.az saytının məlumatına görə, "böyük beşlik" ölkələrinin ikisində qızıl medalçı artıq məlumdu.

PSJ ardıcıl 2-ci dəfədi Fransanın ən güclüsü olursa, "Yuventus" çempionluğu artıq ənənə halına salıb. 2011/12 mövsümündən bəri qızıl medalları heç kimə verməyən "qoca sinyora" ardıcıl 8-ci çempionluğuna qovuşub. Həmçinin Uels liqasında qızıl medalları təmin edən TNS də seriyasını 8-ə yüksəldib.

Bu komandalar davam edən seriyalarda yalnız BATE-dən geri qalırlar. Borisov təmsilçisi 13 ildi Belarus çempionatında zirvədən düşmür. Sadəcə, həmin ölkədə 2019 mövsümü yenicə start götürüb.

"Yuventus" və TNS-i izləyən komandalar da uğurlu seriyanı davam etdirməyə çox yaxındılar. Məsələn, "Seltik" və "Ludoqorets" müvafiq olaraq Şotlandiya və Bolqarıstan çempionatlarında sona yaxın turnir cədvəlinə başçılıq edirlər və ardıcıl 8-ci çempionluq yolunda irəliləyirlər.

Maraqlısı burasındadı ki, APOEL, "Bavariya", "Zalsburq" və "Qarabağ" da aktivlərinə növbəti çempionluğu yazdırmaq üzrədilər. Təsadüfi deyil ki, adıçəkilən komandaların hər biri daxili birincilikdə sona yaxın zirvədə qərarlaşıb. APOEL-lə "Bavariya" ardıcıl 7-ci, "Zalsburq" və "Qarabağ" isə 6-cı çempionluğun astanasındadı.

Azərbaycan Premyer Liqasında sona 3 tur qalmış çempionata liderlik edən "Qarabağ" ən yaxın izləyicisi "Neftçi"ni 2 xal qabaqlayır.

 

çempionluq seriyası davam edənlər:

8. "Yuventus" (İtaliya): 2011/12 - ...

8. TNS (Uels): 2011/12 - ...

7. "Seltik" (Şotlandiya): 2011/12 - ...

7. "Ludoqorets" (Bolqarıstan): 2011/12 - ...

6. APOEL (Kipr): 2012/13 - ...

6. "Bavariya" (Almaniya): 2012/13 - ...

5. "Zalsburq" (Avstriya): 2013/14 - ...

​5. "Qarabağ" (Azərbaycan): 2013/14 - ...

 

Ardıcıl ən çox çempion olanlar:

14. "Linkoln" (Cəbəllütariq): 2002/03–2015/16

14. "Skonto" (Latviya): 1991–2004

13. BATE (Belarus): 2006–...

13. "Rusenborq" (Norveç): 1992-2004

11. "Dinamo" (Zaqreb, Xorvatiya): 2005/06–2015/16

10. "Dinamo" (Tbilisi, Gürcüstan): 1990–1999

10. "Dinamo" (Berlin, Şərqi Almaniya): 1978/79–1987/88

10. MTK (Macarıstan): 1914, 1917–1925

10. "Pünik" (Ermənistan): 2001–2010

​10. "Şerif" (Moldova): 2001–2010

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest