"Qəbələ"ni təbrik edirəm. Rəqib kompakt müdafiə olundu. Təəssüf ki, hesab 0:0 olarkən qol imkanlarından istifadə edə bilmədik". Matç.az saytı xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

İtaliyalı mütəxəssis Topaz Premyer Liqasının VIII turunun "Qəbələ" ilə oyunundakı 1:3 hesablı məğlubiyyət barədə fikirlərini matçdan sonrakı mətbuat konfransında açıqlayıb: "Acınacaqlı hal odur ki, rəqib bizi əks-hücumlarda tutmağı bacardı. Bu məğlubiyyətdən nəticə çıxarıb, növbəti oyuna hazırlaşmalıyıq. Dabo və Dario ilk hissədə normal oynadılar. Təkcə onlar yox, ümumiyyətlə, bütün komanda üzvləri üzərlərində çalışmalı və artırmalıdırlar. Fasilə zamanı yoxlama oyunu keçirməməyimizin səbəbi kifayət qədər futbolçumuzun milli komandaya dəvət almasıdır. Buna görə də əvəzedici heyətdən bir neçə futbolçu çağırıb, mix-matç keçirməli olduq. Rəşad Eyubova gəlincə, oyun praktikasının az olmasına baxmayaraq, pis oynamadı. Zəif cəhətlərimiz budur ki, hücumlar zamanı fərdi mübarizələrdən qalib ayrıla bilmirdik. Uduzmuşuqsa, komanda şəklində uduzmuşuq".

Mənbə: neftchipfk.com

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest