"Liverpul"un əfsanəvi futbolçusu Robbi Fouler məşqçi karyerasını bərpa edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, sabiq hücumçu Avstraliyada fəaliyyət göstərəcək.

44 yaşlı mütəxəssis "Brisbeyn Roar" klubunun baş məşqçisi təyin olunub. O, yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Avstraliya A-Liqasında 10 komanda arasında 9-cu pillədə qərarlaşan "Brisbeyn Roar" Con Aloizi və Darren Deyvisin rəhbərliyi altında 26 turda cəmi 18 xal toplaya bilib.

Qeyd edək ki, Robbi Fauler buna qədər yalnız 2011-12 mövsümündə 4 ay Tailand klubu "Muanqtonq Yunayted"i çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest