Xorvatiya millisinin sabiq baş məşqçisi Slaven Biliçin işsiz günləri başa çatmaq üzrədi. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, 50 yaşlı mütəxəssis Şotlandiya yığmasının "sükanı arxası"na keçməyə hazırlaşır.

Fevralda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"dan qovulan xorvatiyalı çalışdırıcı britaniyalılarla danışıqları davam etdirir. Şotlandiya Futbol Federasiyası yaxın günlərdə onunla münasibətləri rəsmiləşdirə bilər.

Qeyd edək ki, Şotlandiya yığması bu günlərdə Aleks Maklişi istefaya göndərmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest