"İnter"in hücumçusu Mauro İkardi mövsümün sonunda klubunu dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Yuventus" və "Real" Argentina millisinin üzvünün keçidində maraqlıdı.

"Neradzura" sabiq kapitanına layiqli əvəzləyici də artıq tapıb. İkardinin qalmasında israrlı görünməyən Milan təmsilçisi onun mümkün gedişini nəzərə alaraq, "Mançester Yunayted"in hücumçusu Romelu Lukaku ilə danışıqlara başlayıb. İtalyanlar belçikalı forvardı yayda 50 milyon avroya almağa çalışacaq.

Qeyd edək ki, Romelu Lukaku "Mançester Yunayted"ə 2017-ci ildə "Everton"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest