"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını Fransada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, PSJ ulduz futbolçunun transferində maraqlıdı.

Paris təmsilçisinin hücumçuları Neymar və Kilian Mbappenin "çempionlar Liqasını qazanmaq üçün heyətimiz güclənməlidi" deməsindən sonra hərəkətə gələn rəhbərlik İngiltərə təmsilçisi ilə danışıqlara başlayıb. Transfer qiyməti 80-100 milyon avro olaraq göstərilən Portuqaliya millisinin üzvü "şəhərlilər"in baş məşqçisi Pep Qvardiolanın qərarına uyğun hərəkət edəcək.

Qeyd edək ki, Silva bu mövsüm bütün turnirlərdə 46 oyun keçirib, 12 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest