"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Kubokunun yarımfinalında "Çelsi"yə qarşı baş tutacaq matçdan əvvəl rəqib komandanın hücumçusu Koul Palmer haqda danışıb.
 
Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis gənc futbolçunu irəliləyişinə görə tərifləyib:
 
"O, "Mançester Siti"dən ayrılmaq üçün iki mövsüm istəmişdi. O, super potensiala malik müstəsna oyunçudur. Ona "Çelsi"də olan dəqiqələri vermədim".
 
Bu mövsüm ingilis futbolçu 27 matçda 20 qol vurub və 9 məhsuldar ötürmə edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest