Almaniya millisinin sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger “Bavariya”nın keçmiş baş məşqçisi Pep Qvardiola ilə işlədiyi dönəmi xatırlayıb. Matc.az xəbər verir ki, o, ispaniyalı mütəxəssisin Almaniya futboluna mənfi təsir göstərdiyini düşünür.

Şvaynştaygerin fikrincə, Qvardiolanın üslubu onlara uyğun deyil: “Pep “Bavariya”ya gələndə inanılmaz futbol tərzinə sahib idi. Onun fikirləri heyrətamizdi. Ancaq bir çox başqa klubların, hətta Almaniya millisinin də etməyə çalışdığı bir şey oldu. Biz DNT-mizi tamamilə unutmuşuq. Pepin üslubuna çox güvənirdik və deyərdim ki, bu, alman futbolunun kiçik səhvi idi”.

Almaniyalı keçmiş futbolçu Qvardiolanın “Barselona”dakı uğurlarının səbəbini də izah edib: “Həmişə deyirdim ki, Pep “Barselona”da çalışıb və onun meydanda 11 aktyoru var. O, öz filmini çəkirdi. Amma həm “Bavariya”, həm də “Mançester Siti”də eyni filmi çəkməyə çalışdı. Aktyorlar dəyişdikdə isə bunu etmək çətindi”.

Qeyd edək ki, Pep Qvardiola 2013-2016-cı illərdə “Bavariya”ya rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest