“Yuventus”un yarımmüdafiəçisi Kənan Yıldızın durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, Türkiyə millisinin üzvü İtaliya klubu ilə müqaviləsini yeniləyəcək.

Yeni anlaşmaya əsasən, 18 yaşlı oyunçunun sözləşməsi 2028-ci ilin yayına kimi olacaq. Tərəflər bütün detalları razılaşdırıblar və bunu tezliklə rəsmiləşdirəcəklər.

Qeyd edək ki, Kənan Yıldız “Yuventus”a 2022-ci ilin yayında “Bavariya”dan keçib. O, cari mövsüm A seriyasında keçirdiyi 22 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest