“Yuventus” “Cenoa”dan 8 milyon avro alacaq. Matc.az xəbər verir ki, bu, müdafiəçi Koney de Vinterin adıçəkilən komandaya transferi sayəsində reallaşacaq.

Belə ki, Belçika millisinin üzvünün İtaliya A seriyasının XXXII turunda “Fiorentina” ilə görüşdə iştirakı onun Turin klubundan birdəfəlik transfe edilməsi bəndinin aktivləşməsinə səbəb olub. Yəni hazırda icarə əsasında “Cenoa”da çıxış edən 21 yaşlı mərkəz müdafiəçisi növbəti mövsümdən bu komandaya məxsus olacaq.

Qeyd edək ki, “Yuventus”un yetirməsi “Cenoa”nın heyətində A seriyasında 24 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest