"Palmeyras"ın gənc hücumçusu, Messino ləqəbli Estevao Villian "Çelsi"nin radarındadır.
 
Matc.az xəbər verir ki, ingilis klubu futbolçu üçün 60 milyon avro təklif edib. "Palmeyras"ın bu təklifi necə dəyərləndirdiyi hələlik məlum deyil. Ola bilsin ki, Braziliya klubu Estevaoya yaxın illərdə onu saxlamaq üçün yeni müqavilə təklif etsin. Aprelin 24-də onun 17 yaşı tamam olacaq.
 
Daha əvvəl Messinonun adı "Barselona", "​​Arsenal" və PSJ ilə hallanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest