“Napoli”nin hücumçusu Viktor Osimxenin PSJ ilə anlaşdığı barədə yayılan xəbərlər təkzib olunub. Matc.az xəbər verir ki, nigeriyalı forvardın Fransa təmsilçisi ilə danışıq aparmadığı bildirilib.
 
Osimxen karyerasını Paris klubunda davam etdirmək variantından imtina etmir. Lakin bunun üçün fransızlar qısa müddətdə fəal danışıqlara başlamalıdı. PSJ ona illik 13 milyon avro maaşla olmaqla 4 illik müqavilə təklif etməyi planlaşdırır.
 
Qeyd edək ki, Viktor Osimxen bu mövsüm bütün turnirlərdə 26 oyunda 14 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun sözləşməsi 2026-cı ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest