İngiltərə Milli Liqasında 44-cü turun oyunları keçirilib. Matc.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Sərhat Taşdəmirin formasını geyindiyi "Fayld" ev oyununa çıxıb.

Komanda ortabablardan olan "Barnet"i qəbul edib. Ev sahibləri ilk hissədə vurduqları yeganə qolla 1:0 hesablı qələbə qazanıb. Görüşə ehtiyat oyunçular skamyasında başlayan Taşdəmir 76-cı dəqiqədə meydana daxil olub və son 14 dəqiqədə mübarizə aparıb.

Qeyd edək ki, "Fayld" hazırda 78 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest