"Qarabağ"ın yarımmüdafiəçisi Mahir Mədətov nümunəvi addımla diqqət çəkib. Matc.az saytının klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, milli komandamızın üzvü "Keşlə"nin qapıçısı Şahin Zəkiyevi xəstəxanada ziyarət edib.

Topaz Premyer Liqasının XXV turu çərçivəsində dünən keçirilən qarşılaşmanın ilk qolu zamanı məhz Mədətovun ayağı qolkiperin sifətinə dəymiş, nəticədə Zəkiyevin burnu və almacıq sümüyü sınmışdı. Dərhal xəstəxanaya aparılan 20 yaşlı qapıçını Mədətov bu gün ziyarət edib.

Qeyd edək ki, "Qarabağ" - "Keşlə" oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest