"Azərbaycanın ən güclü klubunda oynamaq hər kəsə nəsib olmur. 13 ildi eyni komandada çıxış edirəm və çox sevindirici bir haldı. Gözləmirdim ki, simvolik formanı övladlarım mənə təqdim edəcək. Bu daha çox xoş oldu. Başqası formanı versəydi, sevinərdim, amma bu tam fərqli bir hissdi".

"çox sevinirəm ki, komandamın heyətində 400 oyun keçirmişəm". Matc.az-ın "Qarabağ"ın rəsmi saytına istinadən məlumatına görə, bunu Ağdam klubunun müdafiəçisi Maksim Medvedev deyib.

Topaz Premyer Liqasının XXV turunda "Keşlə" ilə keçirilən qarşılaşma (3:0) Medvedevin "Qarabağ" forması altında 400-cü oyunu olub.

Bununla bağlı təəssüratlarını bölüşən vitse-kapitan sevincini gizlətməyib: "Azərbaycanın ən güclü klubunda oynamaq hər kəsə nəsib olmur. 13 ildi eyni komandada çıxış edirəm və çox sevindirici bir haldı. Gözləmirdim ki, simvolik formanı övladlarım mənə təqdim edəcək. Bu daha çox xoş oldu. Başqası formanı versəydi, sevinərdim, amma bu tam fərqli bir hissdi. öz uşaqların gəlib sənə forma verəndə tamam başqa olur. Bu sürprizi çox bəyəndim. çalışacağam ki, "Qarabağ"da oyunlarımın sayını çoxaldım. Hələ elə də qoca deyiləm (gülür). İnanıram ki, oynasam, bu rəqəmi daha da artıra bilərəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest