Topaz Premyer Liqasının II dövrəsinin hazırda davam edən "Qəbələ" – "Neftçi" oyunu kobud hakim səhvi ilə diqqət çəkib. Matç.az saytı xəbər verir ki, qarşılaşmanın baş hakimi Rəhim Həsənov qonaqların qapısına təyin etməli olduğu penaltini "bağışlayıb".

İlk hissənin sonlarında "Neftçi"nin cərimə meydançasına daxil olan Təmkin Xəlilzadə qaydalara zidd yolla saxlanılıb. Belə ki, "ağ-qaralar"ın yarımmüdafiəçisi Rəşad Eyubov "Qəbələ"li futbolçunun önünü dizi ilə kəsib. Hesab meydan sahiblərinin xeyrinə olduğu vaxtda (1:0) veriləcək 11 metrlik cərimə zərbəsi ilə matçın taleyi böyük ölçüdə həll oluna bilərdi. Lakin Rəhim Həsənov FİFA referisinə yaraşmayan səhvə yol verib.

Qeyd edək ki, onun bu səhvə görə cəzalanması qarşılaşmanın hakim-inspektorunun raportundan asılı olacaq. Bu vəzifəni isə Fazil Mürşüdov icra edir.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest