Azərbaycan millisinin futzalçısı Ramiz çovdarov qeyri-adi foto ilə gündəmə gəlib. Matc.az-ın məlumatına görə, 29 yaşlı hücumçu qəlyan çəkdiyi vəziyyətdə şəklini çəkdirib. üstəlik, o, həmin şəkli sosial şəbəkədə özünün profil fotosuna çevirib. çovdarov bu addımı 27 fevral 2017-ci ildən atsa da, görünür, belə hərəkətin milli üzvünə yaraşmadığını qəbul etmək istəməyib.

Qeyd edək ki, Azərbaycanın müxtəlif növlər üzrə idmançılarının qəlyanxanalara getdiyinə dair xəbərlər zaman-zaman mətbuatda yer alıb. Lakin onların əksəriyyətinə bunu sübut etdirmək çətinlik törədib. Ramiz çovdarov isə cəsarətli paylaşımı ilə qəlyan çəkməyin idmançı üçün normal olduğunu "sübuta yetirib".

sportnet.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest