Rusiya Premyer Liqasında XI turun oyunları davam edir. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası "Krılya Sovetov" "Ural"ın qonağı olub.

Yeni baş məşqçi Miodraq Bojoviçin rəhbərliyi altında ilk oyununa çıxan "Krılya Sovetov" səfərdən 1 xalla dönüb. Samaralılar ilk hissədə hesabda geri düşsələr də, 51-ci dəqiqədə status-kvonu bərpa ediblər – 1:1. Hər komandadan bir oyunçunun qırmızı vərəqə aldığı görüşü Şeydayev başdan sona qədər ehtiyatda keçirib.

Qeyd edək ki, bu nəticədən sonra "Krılya Sovetov" 11 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest