"Ən böyük turnirlərdə də böyük hesablar qeydə alınır. Dekabra kimi bizdə çox çətin dönəm idi. Bu, həmişə belə olur. Ancaq yenə də hər oyuna yaxşı hazırlanmağa çalışırıq"

"Oyunçularımı təbrik edirəm. Qalib gəlməklə yanaşı yaxşı oyun göstərdilər. Bəlkə hesab bizim rahat qalib gəldiyimizi göstərir. Ancaq elə də asan olmadı. "Keşlə" oyunboyu bizə təzyiq göstərdi. Ancaq oyunçularımın mübarizəsindən razıyam. Rəqibə uğurlar arzulayıram". Matc.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məqşçisi Qurban Qurbanov deyib.

Topaz Premyer Liqasının XXV turu çərçivəsində evdə "Keşlə" ilə qarşılaşan ağdamlılar 3:0 hesablı qələbə qazanıblar.

Qurbanov komandanın dekabr ayından bu yana qazandığı böyükhesablı qələbələr barədə də danışıb: "Biz özümüz göstərmək üçün yox, sadəcə işimizi görürük. Hər oyuna peşəkar yanaşırıq. Belə hesablar dünya futbolunda da olur. Ən böyük turnirlərdə də böyük hesablar qeydə alınır. Dekabra kimi bizdə çox çətin dönəm idi. Bu, həmişə belə olur. Ancaq yenə də hər oyuna yaxşı hazırlanmağa çalışırıq. Bu oyun dediym kimi heç də asan olmadı. Biz bütün hesablara hazır olmalıyıq. Qətiyyən arxayınlıq olmamalıdır. Mövsüm başlayandan rahat oyun olmayıb. Xal itkiləri hər zaman ola bilər. çempionatda bir komanda çempionluğa, digəri Avroliqaya, bir başqası isə liqada qalmağa oynayır. Ona görə də mütləq çətin olacaq. Və biz hamısna hazır olmalıyıq".

Təcrübəli mütəxəssis kubokun finalının Naxçıvanda keçiriləcəyi barədə çıxan söz-söhbətlər isə belə münasibət bidlirib: "Bu, biz klublara aid olan bir qərar deyil. Mən həmişə deyirəm ki, kubok tamam ayrı bir turnirdi. Hər kəs yaxşı stadionda, yaxşı şəraitdə oynamağı istəyir. Bizim buna etiraz bildirməyimiz doğru olmaz. Hansı qərar verilsə, gedib oynamalıyıq. Ola bilsin bölgələrdə futbolun inkişafı üçün bu addımı atırlar. Finala çıxsaq, harda olamağından asılı olmayaq gedib oynacağıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest