Belə ki, qonaqların hesabı açdığı epizodda Mahir Mədətovla toqquşan "çərçivə qoruyucusu"nun burnu və almacıq sümüyü sınıb. Bu barədə komandanın baş məşqçisi Tərlan Əhmədov açıqlama verib.

Topaz Premyer Liqasının XXV turunda "Qarabağ"la qarşılaşan "Keşlə" ciddi itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, qapıçı Şahin Zəkiyev sıradan çıxıb.

Belə ki, qonaqların hesabı açdığı epizodda Mahir Mədətovla toqquşan "çərçivə qoruyucusu"nun burnu və almacıq sümüyü sınıb. Bu barədə komandanın baş məşqçisi Tərlan Əhmədov açıqlama verib.

O bildirib ki, qapıçı təcili olaraq birbaşa meydandan xəstəxanaya aparılıb.

Qeyd edək ki, sözügedən epizodda Şahin Zəkiyev əvvəlcə Mahir Mədətovun zərbəsini dəf etsə də, ikinci cəhddə Simeon Slavçev ağdamlıları hesabda önə çıxarmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest