İngiltərənin "Time" jurnalı növbəti dəfə dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısını dərc edib. Matc.az saytı xəbər verir ki, siyahıda idmançılara da yer verilib.

Bir çox tanınmış siyasətçi, aktyor, ictimai xadim, müsiqiçilərlə yanaşı, bir neçə idmançı da "100-lüy"ə düşüb. Onlar arasında ən diqqətçəkəni "Liverpul"un misirli futbolçusu Məhəmməd Salahdı. Maraqlıdı ki, "Lion"un qadın komandasında çıxış edən amerikalı Aleks Morqan siyahıya düşən digər futbolçudu. Həmçinin basketbolçu Lebron Ceyms və qolfçu Tayger Vuds da "100-lük"də qərarlaşıb.

Qeyd edək ki, siyahıda ABŞ prezidenti Donald Tramp, İsrailin baş naziri Benjamin Netanyahu, Roma Papası və ərəb şeyxi Mohammed ibn Zayed də var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest