21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün klubu "Giresunspor" yeni baş məşqçisini tapıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, I liqa təmsilçisi ötənlərin tanınmış futbolçusu Fatih Tekke ilə anlaşmağa çox yaxındı.

Kubun mətbuat xidmətinin rəhbəri prezidentin Tekke ilə danışıqlar apardığını bildirib. O, gənc mütəxəssisin hər an komandaya təyinatının reallaşa biləcəyini əlavə edib. Ancaq "Giresunspor"u çempionatın növbəti oyununa akademiyanın məşqçiləri çıxaracaq. Fatih Tekke ilə müqavilə imzalansa, 42 yaşlı mütəxəssis gələn həftənin əvvəlindən komandanın "sükanı arxası"na keçəcək.

Qeyd edək ki, "Giresunspor" hazırda 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest