Albaniya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Albaniya Futbol Federasiyası sözügedən posta yenə italiyalı mütəxəssis – Eduardo Reyanı gətirib.

73 yaşlı məşqçi ilə 7 aylıq müqavilə imzalanıb. Məlumatı federasiyanın mətbuat xidməti yayıb.

Qeyd edək ki, Albaniya yığmasını Reyadan öncə digər italiyalı məşqçi Kristian Panuççi çalışdırırdı. Lakin o, Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Türkiyəyə 0:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilmişdi. Reya isə karyerasının son illərində "Latsio" və "Atalanta" kimi klubları çalışdırıb. O, 2015-ci ildən işsiz idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest