"Ayaks" mövsümün sonunda komandanı tərk edəcək kapitan Matteys de Liqtin boşluğunu doldurub. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Herenven"in arxa xətt oyunçusu Kik Pierye gələn mövsümdən Amsterdam klubunun formasını geyinəcək.

18 yaşlı futbolçunun keçidi rəsmən bəyan edilib. O, yeni komandası ilə 5 illik müqaviləyə imza atıb. ABŞ-da anadan olan Pierye bu mövsüm Hollandiya çempionatında keçirdiyi 27 oyunda 2 qol, 3 assistlə yadda qalıb. Maraqlıdı ki, o, hər iki qolu məhz "Ayaks"la görüşdə vurub.

Qeyd edək ki, Matteys de Liqtin yayda "Barselona"ya keçməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest