Belçika futbolunda danışılmış oyunlarla bağlı şübhələr bir-biri özünü doğruldur. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu məsələ ilə bağlı saxlanılan menecer Deyan Velikoviçin "Beveren" prezidenti Dirk Huykla görüşü üzə çıxıb.

 

Belə ki, "Mexelen"lə görüş öncəsi "Beveren"in prezidenti ilə bir araya gələn menecer ona 200 min avro təklif edib. Bu ilin yanvarından "Beveren"ə başçılıq edən Huyk özü ifadəsində bunu etiraf edib və təklifi qəbul etmədiyini bildirib. Məhkəmə onun təklifi müsbət cavablandırıb-cavablandırmadığını araşdırır.

 

Hətta məlumatda cütlüyün görüşünün görüntülərinin də olduğu qeyd edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest