I divizionda XXIII turun daha iki oyunu keçirilib. Matc.az saytının məlumatına görə, bu gün liderlər qrupunda qərarlaşan komandalar meydana çıxıb.

Turnir cədvəlinə başçılıq edən MOİK bu turda büdrəyib. "Neftçi-2" Elnur Süleymanovun het-trik etdiyi görüşdə Premyer Liqaya vəsiqəni təmin edən "hərbçilər"ə böyük hesabla qalib gəlib.

Bundan məharətlə yararlanan "Sumqayıt"ın ikinci komandası Gəncədə "Kəpəz"i məğlub edərək, liderlə aradakı xal fərqini 3-ə endirib.

 

I divizion

XXIII tur

"Kəpəz" - "Sumqayıt-2" - 1:3

Fərid Məmmədov, 12 - Fərid Bayramov, 55 (avtoqol); Baxşəli Baxşəliyev, 76; İsmayıl Babayev, 84

"Neftçi-2" - MOİK - 4:1

Elnur Süleymanov, 8, 11, 62; Əlibəy Məmmədli, 84 - Raul Yaqubzadə, 44 (pen.)

Qeyd: "Zaqatala" - "Qarabağ-2" oyunu güclü yağış səbəbindən təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest