"Atletiko"nun qapıçısı Yan Oblakın taleyinə aydınlıq gəlib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sloveniyalı qolkiper Madrid klubunda çıxışını davam etdirəcək.

Bir ara PSJ-nin də maraq dairəsində olan 26 yaşlı oyunçu yeni müqaviləyə qol çəkib. O, artıq 2023-cü ilə qədər "Atletiko"ya məxsusdu. Ulduz futbolçunun illik məvacibi açıqlanmasa da, bunun 10-12 milyon avro arası olduğu bildirilir.

Qeyd edək ki, Yan Oblak 2014-cü ildən "Atletiko"nun şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest