"Barselona" yarımmüdafiəçisi Filipp Koutinyonu satmır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu klub prezidenti Xosep Bartomeu deyib.

O, yerli KİV-ə açıqlamasında "sambaçı"nı yalnız bir şərtlə buraxa biləcəklərini söyləyib: "Koutinyo heç yerə getməyəcək. Onun klubla müqaviləsi davam edir. Yalnız 400 milyon avroluq sərbəst qalma məbləği ödənilərsə, Koutinyonu buraxa bilərik. Əks təqdirdə, biz ondan məmnunuq və Koutinyo komandanın uğurları üçün çalışmaqda davam edəcək".

Qeyd edək ki, "Barselona" Koutinyonu ötən il "Liverpul"dan transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest