Dünən keçirilən “Azərbaycan derbisi”ndə Peşəkar Futbol Liqası və Nəfəs Psixi Sağlamlıq Akademiyasının təşkilatçılığı ilə sosial idman layihəsi baş tutub. Matc.az xəbər verir ki, XXV turda üz-üzə gələn “Neftçi” və “Qarabağ” meydana “Uşaqlar Nəfəsimizdir” devizi altında psixonevroloji narahatlıqları olan uşaqlarla çıxıblar.

Psixi narahatlıqların ümidsizlik, hər şeyin sonu olmadığını təbliğ edən layihəyə əzəli rəqiblər dəstək olub. Dünyada futbolun populyarlığından istifadə edən layihə iştirakçıları gələcəyimiz olan uşaqlara bütün narahatlıqlar, çətinliklər üzərində qələbə arzulayıb, onlara həyatlarında xoşbəxtliklər diləyiblər.

Qeyd edək ki, oyun “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest