Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan kubokunda 1/4 final oyununa çıxıb.
 
Matc.az xəbər verir ki, komanda SSKA-nın (Sofiya) qonağı olub. "Arda" rəqibinə 0:1 hesabı ilə uduzubb. Bununla da Cəlalın komandası kubokda mübarizəni dayandırıb.
 
Oyundakı yeganə qolu 18-ci dəqiqədə Amos Yoqa vurub.
 
Cəlal da bu matçda iştirak edib. Müdafiəçi meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest