"Səbail"lə görüşdə 4 oyunçusu sarı vərəqə alan "Neftçi" də eyni formada cərimələnib. Qarşılaşma başa çatdıqdan sonra "Səbail"in qapıçısı Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə 3 oyunluq cəzalanıb, klubunu 1600 manat xərcə salıb.

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Matc.az saytının məlumatına görə, toplantıda Topaz Premyer Liqasının XXIV tur oyunlarında baş vermiş neqativ hallara hüquqi qiymət verilib.

"Sabah"la oyunda 4 futbolçusu sarı vərəqə alan "Qarabağ" 800 manat cərimə olunub.

"Səbail"lə görüşdə 4 oyunçusu sarı vərəqə alan "Neftçi" də eyni formada cərimələnib. Qarşılaşma başa çatdıqdan sonra "Səbail"in qapıçısı Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə 3 oyunluq cəzalanıb, klubunu 1600 manat xərcə salıb. Futbolçuya verilmiş 3 oyunluq cəzanın 2-si şərti cəza kimi tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində  yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

"Keşlə" – "Qəbələ" matçının sonlarında isə qonaqların məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 800 manat cərimə olunub. Oyunun gedişində "Qəbələ"nin futbolçusu Stiven Jozef Monrozun yol verdiyi hərəkətlə bağlı isə klub nümayəndəsi İntizam Komitəsinin iclasına dəvət olunub, məsələ ilə bağlı tərbiyəvi işin aparılması barədə tövsiyə verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest