Ağdamın "Qarabağ" klubu müstəqil Azərbaycan tarixində 1000-ci oyununu keçirəcək. Matç.az saytı xəbər verir ki, bu əlamətdar hadisə Topaz Premyer Liqasının VIII turunun "Səbail"lə bu gün keçiriləcək görüşünə təsadüf edəcək.

Əyalət təmsilçisi 27 il öncə əldə olunan müstəqillikdən öncə SSRİ çempionatının aşağı liqalarında və Azərbaycan SSR-nin çempionatı və kubokunda çıxış edib. 1992-ci ildə ilk Azərbaycan çempionatında debüt edən "Qarabağ" həmin vaxtdan indiyədək rəsmi yarışlarda 999 oyuna çıxıb.

Ağdam klubu ölkə çempionatında 755, kubokda 138 qarılaşmada qüvvəsini sınayıb. Avrokuboklarda 100, "Birlik kuboku"nda 6 dəfə meydana çıxan "Qarabağ" Azərbaycan futbolu tarixində ən çox oyun keçirən klubdu.

Bu müddətdə Ağdam klubu 543 qələbə qazanıb, 228 heç-heçə edib və eyni sayda uduzub. Texniki nəticələrin top fərqinə daxil edilmədiyi və nəticəsi ləğv olunan matçların hesaba alınmadığı statistikaya əsasən ağdamlılar 1472 top vurub, 820 qol buraxıb.

turnir

O

Q

H

M

T/F

Azərbaycan çempionatı

755

419

174

162

1118-600

Azərbaycan kuboku

138

87

26

25

252-89

Birlik kuboku

6

2

1

3

6-8

Avrokuboklar

100

35

27

38

96-123

 CƏMİ

999

543

228

228

1472-820

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest