Yaponiyada Beynəlxalq Cüdo Təhsili Proqramı üzrə seminarlar keçirilib. Dünya cüdosunun ən nüfuzlu tədbirlərindən olan təhsil proqramında müxtəlif ölkələrdən məşqçilər iştirak ediblər.
Onlar bir ay müddətində Yaponiyanın tanınmış cüdo mütəxəssislərinin rəhbərliyi ilə təşkil olunan seminarlarda bu idman növünün sirlərinə daha yaxından yiyələniblər.
Seminarda ölkəmizi Rafael Şahverdiyev təmsil edib. Məşqçimizə Beynəlxalq Cüdo Təhsili Proqramının diplomu və birinci dan qara kəmər verilib.
Rafael Şahverdiyev deyib: "Mənə bu şəraiti yaratmaqda, ölkəmizə Yaponiyadan təhsil diplomunu gətirməkdə köməklik göstərən Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycanı burada təmsil etmək mənim üçün çox qürurverici idi".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest