Almaniya Bundesliqasının XXIX turunda "Fortuna" üzərində səfər qələbəsi qazanan (4:1) "Bavariya" əvəzində bir aparıcı oyunçusunu itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, kapitan Manuel Noyer sıradan çıxıb.

İkinci hissənin əvvəllərində köhnə zədəsi təzələnən qapıçı 53-cü dəqiqədə əvəzlənib. Tibbi müayinədən sonra ulduz futbolçunun təxminən 2 həftə komandadan ayrı qalacağı açıqlanıb. Bu isə o deməkdi ki, Noyer "Verder" və "Nürnberq"lə görüşü buraxacaq.

Qeyd edək ki, "Bavariya" 29 turdan sonra 67 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest