"Bu gün yaxşı oynadığımızı düşünürəm. Xüsusilə ilk hissədə üstün idik. Kifayət qədər şans əldə etdik, amma yararlana bilmədik".  Matc.az saytının məlumatına görə, bu fikirləri "Keşlə"nin futbolçusu Con Kamara Premyer Liqanın XXIV turunda evdə "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olduqları matç barədə danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyunda geridönüş etmək üçün sizdə nə çatmadı?

- İlk qoldan sonra 2-ci qolu vurmaq üçün 20 dəqiqəmiz var idi. çalışdıq, epizodlar yaratdıq, amma topu tora daxil edə bilmədik və məğlub olduq.

- "Keşlə" hazırda sonuncu yerdədir, mövsümün bitməsinə isə 4 tur qalıb. Sizcə, sonuncu pillədən qurtulmaq üçün nə etməlisiniz?

- Bu, futboldur, hər şey mümkündür. Biz növbəti 4 oyunda əlimizdən gələni edəcəyik ki, son pillədən qurtulaq.

- Növbəti turda çempionluq üçün mübarizə aparan "Qarabağ" ilə oynuyacaqsız. Bu barədə nə deyə bilərsiniz? "Qarabağ"a qalib gəlmək mümkündürmü?

- Dediyim kimi, futbolda hər şey mümkündür. Qələbə qazanmaq üçün hər şeyi edəcəyik.

- Əgər "Keşlə" çempionatı sonuncu pillədə bitirsə, növbəti mövsüm komandada qalacaqsınızmı, yoxsa başqa komandalardan gələn təklifləri dəyərləndirəcəksiz?

- "Keşlə" ilə müqaviləm davam edir, bu barədə heç nə deyə bilmərəm.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest