Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona çatıb. Matc.az saytının məlumatına görə, bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri həlledici görüşlərini keçiriblər.

Yığma komandamız turnirin son günündə yalnızca bir müdala ümid edirdi. Belə ki, 97 kq çəki dərəcəsində yarışan Orxan Nuriyev bürünc medal üçün mübarizə aparıb.

Pəhləvanımız əvvəlcə təsəlliverici görüşə çıxıb. Nuriyevin ilk rəqibi Adam Varqa (Macarıstan) / Sergey Staradub (Belarus) cütünün qalibi olub.

Macar idmançı ilə qarşılaşan təmsilçimiz 2:1 hesablı qələbə ilə "bürünc" üçün güləşməyə haqq qazanıb. 

Ancaq son görüşdə finlandiyalı Matti Elias Kuosmanenə yenilən Orxan turniri medalsız başa vurub. 

97 kq

Təsəlliverici görüş: Orxan Nuriyev (Azərbaycan) - Adam Varqa (Macarıstan) - 2:1

Bürünc medal görüşü: Orxan Nuriyev - Matti Elias Kuosmanen (Finlandiya) - 2:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest