"Hər oyundan sonrakı oyun ən çətindi. Çempionatın sonuna yaxınlaşdıqca bizim üçün hər oyun ağır olur. Ümumiyyətlə, psixoloji baxımdan daha çətindi"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXIV turunda "Sabah"a evdə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra mətbuat konfransı keçirib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə görüş haqda danışıb.

- Futbolçularımı təbrik edirəm. Yaxşı oyunla vacib qələbə qazandıq. çox aqressiv komandaya qarşı oynayırdıq. Məlumdu ki, "Sabah"a bundan 2 əvvəl oyunda qalib gələ bilməmişdi. Bəlkə də ən aqressiv oyunlarını bizə qarşı oynamışdılar. Bu dəfə də hesabda geridə olsalar da, yenə hücum edirdilər. Dinamik bur komanda gördük. Həmkarım Elşad Əhmədovu təbrik edirəm.

- Bundan sonra ən çətin oyun kimi hansını düşünürsünüz?

- Hər oyundan sonrakı oyun ən çətindi. çempionatın sonuna yaxınlaşdıqca bizim üçün hər oyun ağır olur. ümumiyyətlə, psixoloji baxımdan daha çətindi.

- Emeqara və Reynaldo ehtiyatda qalır. Ancaq vaxtilə "Qarabağ" yaxşı oynadıqlarına onları geri qaytarmısınız. Bu gün həmin hücumçularda nə çatmır?

- Hər oyun bizim üçün vacibdi. Demək olmaz ki, onlarda nəsə çatmır, hansıda planda zəifdirlər. Digər futbolçularımız heç də pis deyillər. Həm də hazırda oyunçu sayımız çoxdu. Ola bilər ki, qarşıdakı görüşlərdə onları meydanda görək. Hər bir futbolçu bizə lazımdı.

- Bəziləri ilə yollar ayrılacaq?
- Hər mövsümün sonu dəyişikliklər ola bilər. Bu, normal prosesdi. Ancaq indi heç biriylə qərar verilməyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest