ötən ilin mayında təntənəli açılışı keçirilən "Realmadrid Fondu"nun Azərbaycan Sosial Futbol Məktəbinin komandası beynəlxalq turnirdə iştirak edəcək. Məktəbdən matc.az saytına verilən xəbərə görə, təşkilatçı – Realmadrid Fondu tərəfindən rəsmi dəvət alan həmyerlilərimiz bu məqsədlə Macarıstanın paytaxtı Budapeştə gedəcək. 24-28 iyun aralığında keçiriləcək turnirdə 2004-2007-ci il təvəllüdlü oğlan və qızlar iştirak edəcək.

Əfsanəvi macar futbolçu Ferents Puşkaşın xatirəsinə həsr olunan "COPA-Alma" ənənəvi olaraq hər il təşkil olunur.  Bizimkilər artıq 1 dəfə - 2016-cı ildə keçirilən yarışlarda iştirak ediblər. Yenidən bu mötəbər tədbirə qatılacaq futbol məktəbinin yetirmələri səfərə 12 futbolçu ilə yollanacaq. Yarışın reqlamentinə və "Real Madrid Fondu"nun tələblərinə əsasən hər bir komandanın heyətinə oğlanlarla yanaşı qızlar da daxil edilir.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin və "Realmadrid Fondu"nun birgə layihəsi olan Azərbaycan Sosial Futbol Məktəbi 2013-cü ildən fəaliyyət göstərir. 6 il əvvəl imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq, yaradılan məktəb "Realmadrid Fondu"nun MDB məkanında birinci, Avropada səkkizinci layihəsi olub. 2013-2017-ci il tədris müddətini əhatə edən ilk mərhələdə görülən işlərin uğurlu olması ilə əlaqədar tərəflər əməkdaşlığı davam etdirmək qərarına gəliblər. Layihənin əsas tərəfdaşları Gənclər və İdman Nazirliyi ilə "Realmadrid Fondu"dur. 2018-ci ilin yanvar ayında yeni əməkdaşlıq müqaviləsi imzalanıb və məktəbin fəaliyyət müddəti daha 5 il uzadılıb.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest